şəxsi kabinet   |  
AZE

Xaricə səfərə yollanan şəxslərin sığortası

Məzuniyyət yaxınlaşır və Siz xaricə turist səyahətinə hazırlaşırsınız. Siz öz səyahətinizi əvvəlcədən planlaşdırmısınız və vaxtınızı xoş keçirmək, onu yaddaşınızda uzun müddət qalacaq parlaq xatirələrlə doldurmaq istəyirsiniz.

 

Təəssüf ki, çoxdan gözlədiyiniz istirahət Sizin qəfil xəstəliyinizlə və ya aldığınız zədə ilə əhvalınızı tamamilə poza bilər. Bu isə bir neçə gün xəstəxanada qalmaq və göstərilən tibbi xidmətlərə və dərmanlara görə böyük məbləğdə hesab deməkdir.

 

Elə həmin anda Sizə əvvəlcədən əldə etdiyiniz sığorta şəhadətnaməniz gərək olacaqdır.

 

Biz iri beynəlxalq şirkət olan “Assistance CORIS International” şirkəti ilə əməkdaşlıq edirik, hansı ki, dünyanın 52 ölkəsində filial və nümayəndəlik şəbəkəsinə malikdir və Sizin olduğunuz yerdən asılı olmayaraq günün 24 saatı ərzində xidmət göstərməyə hazırdır.

 

Xaricə istirahətə, təhsil almağa və ya işgüzar səfərə getmək bizim ölkənin bir çox vətəndaşları üçün mümkün olmuşdur. Səyahətlər müasir insanın həyat tərzinin ayrılmaz hissəsinə çevrilmişdir. Sizin özünüzü istirahətdə rahat və inamlı hiss etməniz üçün Beynəlxalq Sığorta Şirkəti xaricə səfərə gedən vətəndaşlar üçün sığorta şəhadətnaməsini əldə etməyinizi təklif edir.

 

Beynəlxalq Sığorta Şirkəti tərəfindən səyahətlərin sığorta edilməsi Sizi qane edən praktiki xidmətlərlə və sığorta xidməti ilə təmin edəcək və bu da Sizin ümidlərinizi doğruldacaqdır. Bu, böyük məna kəsb edir. Beynəlxalq Sığorta Şirkətinin işçi heyyəti bütün gün ərzində Sizin xidmətinizdədir.

 

BEYNƏLXALQ SIĞORTA ŞİRKƏTİNİN SƏYAHƏTLƏRİ SIĞORTA ETMƏ PROQRAMLARI

 

A zonası – MDB ölkələri, Əlcəzair, Bəhreyn, Misir, İsrail, Hindistan, İordaniya, İran, Yəmən, Qətər, Çin, Küveyt, Livan, Liviya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Türkiyə.

 

B zonası – Avropa ölkələri, İsveçrə, Norveç, Lixtenşteyn, Andorra, Monako, Karib dənizi adaları, Avstraliya, Yeni Zelandiya, Sinqapur və Yaponiyadan başqa bütün dünya.

 

C zonası – ABŞ, Kanada, Karib dənizi adaları, Avstraliya, Yeni Zelandiya, Sinqapur və Yaponiyadan başqa bütün dünya.

 

D proqramı – Bütün dünya.