şəxsi kabinet   |  
AZE

Fərdi şəxslərin əmlakının sığorta xidməti

Çoxlu zəhmət və pul xərclənmiş gözəl, yaxın müddətdə təmir olunmuş mənzil birdən xarabalığa çevrildikdə qeyri-ixtiyari öz-özünə sual verirsən: bundan qaçmaq olardımı? Əlbəttə, sığorta şirkəti yanğın və ya təbii fəlakət haqqında əvvəlcədən xəbər vermək iqtidarında deyil. Amma, şirkət keçmiş təmtərağı bərpa etmək üçün Sizə maddi yardım edə bilər...

 

Mənzillər, evlər, kotteclər və sairə sığorta müdafiəsi ilə əhatə oluna bilər... Həm də nəzərə almaq lazımdır ki, binanın konstruktiv elementləri (divarlar, dam örtüyü, bünövrə) ilə yanaşı, daxili işləmələri də sığortalamaq olar. Kompleks şəklində (və ya ayrıca) mebelin, mühəndis avadanlığının (qaz və elektrik plitələrinin, qızdırıcı batareyaların, sayğacların), kompüter texnikasının, hətta televiziya antenası daxil olmaqla və sairənin sığortalanması haqqında müqavilə bağlamaq olar. Bundan əlavə, sığorta olunan tərəfindən sonradan alınan istənilən əşya bu siyahıya əlavə oluna bilər və ona sığorta müdafiəsi tətbiq olunacaqdır.

 

Sığorta predmetləri:

  • Yaşayış və təsərrüfat təyinatlı tikililər;
  • Mənzillər və otaqlar;
  • Məişət avadanlığı əşyaları.


Sığorta riskləri:

  • Yanğın və/və ya ildırım vurması
  • Partlayış
  • Zəlzələ
  • Tufan və qasırğa
  • Daşqın, sel basması
  • Rezervuar və borulardan sızma və ya onların partlaması nəticəsində su basma
  • Sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri
  • Sındırmaqla oğurluq və ya oğurluğa cəhd
  • Soyğunçuluq və ya quldurluq
  • Yer sürüşməsi, torpaq çökməsi və ya qalxması
  • Qar ağırlığı
  • Nəqliyyat vasitələrinin sığortalanmış əmlaka dəyməsi
    • Avtonəqliyyat vasitələri ilə vurulan zərərlər
    • Hava nəqliyyatı vasitələri ilə vurulan zərərlər
    • Su nəqliyyatı vasitələri ilə vurulan zərərlər
  • Şüşə sınması üzrə əlavə təminat