Adatən, təcrübəli sürücülərin iri qəzaya düşmək ehtimalı digərləri ilə müqayisədə daha azdır. Ona görə avtomobili tam sığortalamaq onlar üçün o qədər də maraqlı deyil. Həmçinin, avtomobil nə qədər baha olsa, sığorta haqqı da bir o qədər yüksək olur.
Məhz belə təcrübəli sürücülər üçün yaradılan “Mikro KASKO” sığorta paketi, bir tərəfdən, çox iri olmayan qəzaların səbəblərini aradan qaldırmağa, digər tərəfdən isə sığortada qənaət etməyə imkan verir.
Həmçinin, sığorta haqqı avtomobilin dəyərindən, buraxılış ilindən, markasından və digər meyyarlardan asılı deyil. Bu sığorta paketi çərçivəsində Siz sığorta haqqını özünüz seçərək müəyyən məbləğə avtomobilinizi sığortalaya bilərsiniz.