şəxsi kabinet   |  
AZE

“KOMPLEKS KASKO”

Avtomobili idarə edərkən sürücü bir çox risklərlə qarşılaşır – yol qəzası, kənar əşyalar ilə toqquşma, yanğın, partlayış, oğurlanma, sərnişinlərə və 3-cü şəxslərə dəyən ziyan və s. Yalnız avtomobillərin icbari sığortası və ya könüllü sığorta bütün bu riskləri əhatə edə bilməz. Bütün bu risklərdən qorunmaq üçün sürücü 4 növ sığorta məhsulu əldə etməlidir: avtomobillərin icbari sığortası, könüllü sığorta, 3-cü şəxslər qarşısında məsuliyyət sığortası və fərdi qəza sığortası.


Lakin daha rahat yol var – “KASKO Kompleks” sığorta paketini əldə edərək, könüllü sığortaya əlavə olaraq, 3-cü şəxslər qarşısında məsuliyyət sığortasını və fərdi qəza sığortası hədiyyə olaraq əldə etmək olar. Beləliklə, bu sığorta paketi icbari sığorta ilə birlikdə avtomobili tam sığortalanmış edir və müştərinin tam rahatlığına şərait yaradır.