şəxsi kabinet   |  
AZE

Avtonəqliyyat vasitələri sahibləri üçün sığorta xidmətləri

Avtosığorta Azərbaycanda daha geniş yayılmış sığorta xidmətidir. Beynəlxalq Sığorta Şirkətinin müştəriləri xidmətin səviyyəsini, xidmətin sürət və rahatlığını, həmçinin hər bir şəxsə münasibətdə həyata keçirilən fərdi yanaşmanı yüksək qiymətləndirirlər.


Beynəlxalq Sığorta Şirkəti Avtonəqliyyat vasitələri sahibləri üçün aşağıdakı sığorta növlərini təqdim edir:

 

Kasko

  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
  • Yanğın və partlayış
  • Üçüncü şəxsin qanunazidd hərəkəti
  • Avtonəqliyyat hadisəsi
  • Atılmış və ya düşmüş əşya

     Sürücülərin və sərnişinlərin qəzadan fərdi sığortası: 
  • Ölümlə və ya daimi əlilliklə nəticələnən hadisə;


Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası:

  • Üçüncü şəxslərin əmlakına və ya sağlamlığına (səhhətinə) vurulmuş zərərlər


Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası:

  • Əks tərəfin əmlakına və həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində motorlu nəqliyyat vasitələri ilə vətəndaşların sağlamlığına vurulan ziyana (ziyanın ödənilməsinə) zəmanət verir.


Əlavə təminatlar:

  • Respublikadan kənarda yaranmış zərər;
  • Avadanlıqlara dəymiş zərər;
  • Təbii fəlakət
  • Heyvanların hərəkəti

Kasko  mütləq şəkildə seçildiyi halda Sürücülərin və sərnişinlərin qəzadan fərdi sığortası və Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası növləri təqdim edilə bilər.


Göstərilən sığorta növünə görə sığorta haqqı seçilmiş sığorta risklərindən, avtomobilin buraxılma ilindən, avtomobilin istifadə xarakterindən və azadolmanın (sığorta məbləğinin ödənilməyən hissəsinin) ölçüsündən asılıdır.


Yol-nəqliyyat hadisəsi baş vermişsə, nə etməli?
Siz qəzaya düşmüsünüz....Yol-nəqliyyat hadisəsi baş vermişsə, nə etməlisiniz?

  • Qəza işıq siqnalizasiyasını işə salmalı
  • Qəza vəziyyətində dayanma nişanını qoymalı
  • 24 saat fasiləsiz işləyən dispetçer xidmətinin aşağıdakı nömrələrindən birinə zəng etməlisiniz: 437-99-33; (050) 579-99-33; (050) 669-01-03
  • Aşağıdakı məlumatları verməlisinizh sığorta şəhadətnaməsinin nömrəsi, adınız, soyadınız, atanızın adı və ya sığorta edən təşkilatın adı, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer (küçənin adı, evin nömrəsi), vaxtı və səbəbi.
  • Beynəlxalq Sığorta Şirkəti ilə bağlanmış sığorta müqaviləsi Sizə günün istənilən vaxtında telefon vasitəsilə məsləhət almaq hüququnu verir. İnsan ölümü, bədən xəsarəti yetirilməsi, böyük həcmdə maddi ziyan dəydiyi hallarıda bizim məsləhətçilərimiz yubanmadan yol-nəqliyyat hadisəsi yerinə gedər, yol-nəqliyyat hadisəsi yerində baxış keçirməyə və həmçinin nəqliyyat vasitələrinin müayinə və yoxlanılmasına kömək edər; yol-nəqliyyat hadisəsinin səbəbinin aydınlaşdırılmasında ixtisaslı yardım göstərər; yol-nəqliyyat hadisəsi yerinə baxış protokolunun və sxeminin düzgün və dolğun rəsmiləşdirilməsinə köməklik göstərər.


Siz Yol Polisi müfəttişini aşağıdakı nömrələrdən birinə (yol-nəqliyyat hadisəsinin baş vermə yerindən asılı olaraq) və ya 102-yə zəng etməklə çağıra bilərsiniz.