şəxsi kabinet   |  
AZE

Su nəqliyyatının sığorta xidmətləri

Beynəlxalq Sığorta Şirkəti su nəqliyyatının sığortası üzrə etibarlı sığorta müdafiəsi təklif edir. Müxtəlif növ gəmilərin, quru mal daşıyan gəmilərin, tankerlərin, balıqçı gəmilərinin və texniki donanma gəmilərinin sığorta olunması təklif olunur.


Sığorta olunmaq üçün aşağıdakılar qəbul olunur:

  • istənilən növdə və təyinatlı, o cümlədən kiçik ölçülü gəmilər.


Sığorta vasitəsilə müdafiəsi mümkün olan hadisələr:

  • Gəminin tam məhvi ilə əlaqədar baş vermiş zərərlər
  • Korpusun, avadanlığın və mexanizmlərin zədələnməsinin aradan qaldırılması məqsədi ilə zəriru və məqsədəuyğun çəkilmiş xərclər
  • Gəminin xilası üçün çəkilən zəruri və məqsədəuyğun xərclər
  • Zərərin azalması və qarşısı alınması məqsədi ilə çəkilmiş zəriru və məqsədəuyğun xərclər.

 

Yuxarıda göstərilən xərclərin həyata keçirilməsi zamanı sığortalı sığortaçının göstərişlərini əməl etməlidir

Gəminin itməsi (gəmidən son məlumat verilən tarixdən 3 ay ərzində məlumatın olmaması şərti ilə. Son məlumat sığorta müqaviləsinin müddəti ərzində verilən son məlumat hesab edilir.)