şəxsi kabinet   |  
AZE

Hüquqi şəxslərin əmlakının sığortası

Öz işinin uğurla aparılması üçün bir çox müxtəlif amillərin uyğunlaşdırılması mütləqdir. Təhlükəsizlik və gələcəyə inam xüsusi zərurət daşımışdır və daşımaqdadır. Əgər Siz etibarlı sığorta müdafiəsi ilə təmin olunmuşsunuzsa, onda əmlakla, avadanlıqla, xammalla və hazır məhsulla bağlı heç bir xoşagəlməz hadisə ilə üzləşməzsiniz. Öz müəssisənizin əmlakını sığortalamaqla Siz həmişə həyatın istənilən dəyişiklikləri ilə qarşılaşmağa və onların nəticələrini kiçik bir vaxt, zəhmət və az pul vəsaiti sərf etməklə aradan qaldırmağa hazır olacaqsınız.

 

Sığorta predmetləri:

  • Daşınmaz əmlak: binalar, tikililər, yarımçıq tikinti obyektləri və sairə.
  • Avtonəqliyyat istisna olmaqla, daşınan əmlak
  • Anbarda saxlanılan məhsullar


Sığorta riskləri:

  • Yanğın, partlayış, ildırım vurma
  • Təbii fəlakətlər
  • Üçüncü şəxslərin qanunsuz hərəkətləri (sığortalanmış əmlakın oğurlanması, qəsdən korlanması və ya məhv edilməsi)
  • Suyun vurduğu ziyan
  • Kənar təsirlər (üzərindən nəqliyyat vasitələrinin keçməsi)
  • İstehsalatda fasilələrdən əmələ gələn itkilər
  • İcarə haqqı üzrə ziyandan əmələ gələn itkilər