şəxsi kabinet   |  
AZE

Məsuliyyətin sığorta xidmətləri

Şirkət öz fəaliyyətini həyata keçirdiyi dövrdə bir sıra şəraitlərlə toqquşa bilər ki, mülki qanunvericiliyə əsasən üçüncü şəxslərə qəsdən vurduğu maddi zərəri və ya həyat və sağlamlığa vurulan zərəri ödəməlidir. Oxşar hallardan və müvafiq maliyyə xərclərindən müdafiə olunmaq sığorta müdafiəsini yaratmaqla mümkündür.

 

Peşə məsuliyyətinin sığortası

Bu şəhadətnamə peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərə vurulmuş zərəri ödəyir.

 

İşəgötürənin məsuliyyətinin sığortası

Bu şəhadətnamə işçilərə əmək funksiyalarını yerinə yetirdikləri zaman dəymiş ziyana görə məsuliyyət daşıyan sığortaçının əmlak maraqlarını müdafiə edir.

 

Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası

Sığortaçı qəza nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəməklə bağlı ortaya çıxan hüquqi məsuliyyəti ilə əlaqədar xərclərə görə (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortalıya müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.

 

Məhsula görə məsuliyyət

Sığortaçı sığorta müddəti ərzində məhsuldan və ya onunla əlaqədar əmələ gələn hər hansı bir bədən xəsarəti və ya ziyana görə Sığortalının müqavilədə göstərilən qaydada hüquqi məsuliyyət daşıdığı zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərə görə (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) sığorta ödənişi verməyi öhdəsinə götürür