şəxsi kabinet   |  
AZE

Tikinti-quraşdırma risklərinin sığortası

İstənilən tikinti-quraşdırma işlərinin aparılması, iş aparılarkən həm şəxsi əmlaka, həm də üçüncü şəxslərin əmlakına dəyən maddi və ya fiziki zərərin ödənilməsi zərurəti ilə əlaqədar əlavə xərclərin yaranma riski ilə bağlıdır.

 

Belə gözlənilməz xərclərin qarşısını almaq üçün Beynəlxalq Sığorta Şirkəti tikinti-quraşdırma işləri sifarişçilərinə və təşkilatlara bütün risklərin sığortası və tikinti-quraşdırma işlərində mülki məsuliyyətin sığortalanması üzrə müqavilə bağlamağı təklif edir.

 

Beynəlxalq Sığorta Şirkəti tikinti, quraşdırma, mühəndis işləri aparan təşkilatlara istənilən tikinti mərhələsində olan obyektlər üçün tikinti-quraşdırma risklərinin sığortalanmasını təklif edir.

 

Sığorta obyektləri aşağıdakılardır:

  • tikinti (həm yeni tikinti, həm də bərpa, yenidənqurma, genişləndirmə işləri), quraşdırma, mühəndis işləri
  • yardımçı tikililər, tikinti maşınları və tikinti meydançasındakı avadanlıq
  • sığortalanmış işlərin aparılmasında onlara dəymiş maddi zərərə görə üçüncü şəxslər qarşısında mülki məsuliyyət
  • işəsalmadan sonrakı dövr üçün təminat öhdəlikləri


Sığorta riskləri

  • yanğın, partlayış, ildırım vurma
  • yanğınsöndürmə məqsədilə istifadə olunan suyun və ya başqa yanğınsöndürmə vasitələrinin təsirindən nəticələnən, həmçinin su boruları, qızdırıcı borular, kanalizasiya boruları şəbəkəsi və ya sərbəst fəaliyyət göstərən (avtonom) yanğınsöndürmə sistemində baş verən qəza nəticəsində suyun təsirindən yaranmış itkilər.
  • güclü sel, qrunt sularının qalxması, leysan
  • zəlzələ
  • uçqun, torpaq sürüşməsi, süxurların çökməsi
  • qasırğa, fırtına
  • oğurluq, qarət daxil olmaqla üçüncü şəxslərin qanunsuz hərəkətləri
  • tikintinin və ya montajın qəza hadisəsi