şəxsi kabinet   |  
AZE

Hüquqi şəxslər üçün avtonəqliyyatın sığortası xidmətləri

Beynəlxalq Sığorta Şirkəti avtonəqliyyat vasitəsinin zədələnmə, məhv olma və ya oğurlanma hallarında Sizin avtonəqliyyatınızın etibarlı sığorta müdafiəsini təklif edir.

 

Siz aşağıdakıları sığorta edə bilərsiniz:

  • minik avtomobilləri, yük avtomobilləri, yük-sərnişin avtomobilləri. xüsusi avtobuslar, mikroavtobuslar, qoşqular (yarım qoşqular)
  • traktorlar, xizəkli-tırtıllı avtomobillər, özü hərəkət edən yük şassiləri, başqa avtonəqliyyat vasitələri və həmçinin dövlət qeydiyyatında olan kənd təsərrüfatı maşın və mexanizmləri.


Sığorta riskləri və sığorta halları

 

Aşağıdakı hadisələrin baş vermə hallarında nəqliyyat vasitələrinin sığortalanması:

 

  • yol nəqliyyat hadisələri, o cümlədən hərəkətsiz və ya hərəkətli əşyalarla (tikintilər, maneələr, heyvanlar və sair) toqquşma, yanğın, partlayış, təbii fəlakət nəticəsində çevrilmə
  • üçüncü şəxslərin qanunsuz hərəkətləri (oğurluq istisna olmaq şərti ilə)
  • yad cisimlərin sığorta olunmuş nəqliyyat vasitəsinin üzərinə düşməsi
  • nəqliyyat vasitəsinə başqa nəqliyyat vasitələrinin təkəri altından sıçramış əşyaların dəyməsi
  • nəqliyyat vasitəsinə aid olan ayrı-ayrı hissələrin və ya detalların oğurlanması və ya oğurluq cəhdi
  • sığorta olunmuş nəqliyyat vasitəsinin oğurlanması və ya oğurluq cəhdi


Əgər Müqavilədə başqası qeyd edilməyibsə, avtonəqliyyat vasitəsinin sığortalandığı hallarından, yəni məhv olma, zədələnmə və ya itmə hallarından başqa əlavə avadanlıq sığorta oluna bilər.