şəxsi kabinet   |  
AZE

Hava yolları nəqliyyatının sığortası üzrə xidmətlər

Beynəlxalq Sığorta Şirkəti hava yolları nəqliyyatının sığorta olunması üzrə etibarlı sığorta müdafiəsini təklif edir.


Sığorta üçün aşağıdakılar qəbul edilir:

  • hava gəmisinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi olan hava gəmiləri;
  • hava gəmisinin uçuşa yararlılığını təsdiq edən sertifikat (şəhadətnamə) və ya onları əvəz edən başqa sənədlər;
  • hava gəmisinə aid mülkiyyət hüququnu, təsərrüfatı idarə etmə hüququnu və ya hava gəmisini istənilən qanuni əsaslarla əməli olaraq idarə etmə hüququnu təsdiq edən sənədlər;
  • hava nəqliyyatında idarə etmə üçün dövlət və idarə etmə orqanları tərəfindən tələb olunan digər sənədlər.


Sığorta vasitəsilə hadisələrdən müdafiə olunma imkanı:

  • hava gəmisinin qəzaya uğraması
  • yanğın, partlayış, ildırım
  • fırtına, qasırğa və ya digər təbii fəlakətlər
  • hava gəmisinin mühərrikinin və ya təchizatlarının qəzası
  • hava gəmisinin itkin düşməsi
  • üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri
  • üçüncü şəxslərə zərərin vurulması ilə əlaqədar sığortalıya qarşı iddianın irəli sürülməsi