Sığorta bazarında qabaqcıl şirkətlərdən biri olan Beynəlxalq Sığorta Şirkəti fəaliyyətinin qısa dövrü ərzində böyük uğurlar əldə etmiş və aşağıda adları çəkilən bir sıra mükafatlara layiq görülmüşdür:
- 13 dekabr 2003-cü ildə Beynəlxalq Sığorta Şirkəti “İlin sığorta şirkəti” nominasiyasında “Uğur 2003” mükafatına layiq görülmüşdür.
- 04 iyun 2004-cü ildə Azərbaycan Respublikası Milli Sahibkarlar Konfederasiyası tərəfindən Beynəlxalq Sığorta Şirkətinə sertifikat verilmişdir.
- 26 iyun 2006-cı ildə Beynəlxalq Sığorta Şirkəti Menecmentin Keyfiyyət Sertifikatı İSO 9001-2008 sertifikatına layiq görülmüşdür.
- “Baker and Partners” şirkətinin səkkiz yüzdən artıq respondent arasında “Hansı sığorta şirkətinə daha çox inanırsınız?” mövzusunda apardığı sorğu əsasında Beynəlxalq Sığorta Şirkəti birinci yeri tutmuşdur.
- 04 oktyabr 2008-ci ildə Beynəlxalq Sığorta Şirkəti “İlin şirkəti” milli mükafatına layiq görülmüşdür. “İlin ən yaxşı Sığorta Şirkəti” nominasiyasında “Caspian News “ şirkətinin fikrinə görə Beynəlxalq Sığorta Şirkəti seçilmişdir.
- 11 iyun 2009-cu ildə Beynəlxalq Sığorta Şirkəti Menecmentin Keyfiyyət Sertifikatı İSO 9001-2008 sertifikatına layiq görülmüşdür.
- 27 oktyabr 2009-cu ildə ən böyük Beynəlxalq reytinq agentliklərindən biri “Moody's Investors Service” agentliyi Beynəlxalq Sığorta Şirkətinə “B2” səviyyəsində, “sabit” reytinq proqnozlu maliyyə sabitliyi reytinqini (insurance financial strength rating, IFSR) verdi.
- 19 mart 2010-cu ildə “Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiqinə görə” Beynəlxalq Sığorta Şirkəti “Uğur” Milli mükafatına layiq görüldü.
- 21 may 2010-cu ildə “Rusiya sığorta şirkətləri ilə sıx əlaqələrə görə ” Beynəlxalq Sığorta Şirkətinə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birgə təsis etdiyi “Proqress” mükafatına layiq görüldü.