15.12.2014
Beynəlxalq Sığorta Şirkəti ilin Sığorta Şirkəti seçildi.
10 Dekabr 2014-cü il tarixində “Jumeirah Bilgah Beach Hotel” kompleksində “CONSULTİNG&BUSİNESS” jurnalının mükafatlarının ənənəvi təntənəli təqdimetmə mərasimi keçirilmişdir. Mükafat Respublikada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunmuşdur. Mükafatının laureatlarından biri dəİLİN SIĞORTA ŞİRKƏTİ nominasiyasında Beynəlxalq Sığorta Şirkəti olmuşdur.
Təqdimetmə mərasimində Beynəlxalq Sığorta Şirkətini təmsil edən Sığorta və Təkrarsığorta Departamentinin direktoru Q.Şəkərəliyevçıxış edərək Şirkətin əldə etdiyi uğurlardan danışmışdır. O, BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətlərigöstərilməsi istiqamətində çalışdığını, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə, özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulamışdır.
Təsadüfi deyildir ki, Beynəlxalq Sığorta Şirkətini fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə müxtəlif təsisatlar tərəfindən dəfələrlə mükafatlara layiq görülmüşdür.
Qeyd etmək lazımdırki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə xıdmətlər göstərir.
AGENTİ ÇAĞIR
Sığorta agentini çağırmaq üçün bu formanı doldurub, siz yeni sığorta müqaviləni qeydiyyat etmək və ya mövcüd müqaviləni uzada bilərsiniz.formanın bütün sahələri zəruridir.
Şikayət forması
Təklif forması