11.09.2014
Azərbaycanın sığorta bazarında ilk dəfə Beynəlxalq Sığorta Şirkəti 3 milyon ABŞ dolları məbləğində kredit cəlb etdi
27 iyun 2014-cü il tarixdə “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə dünyanın ən nüfuzlu banklarından biri olan ING BANK N.V. bankı arasında, Şirkətə 3 milyon ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə imzalanmışdır. Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq reallaşdırılan bu layihə, Şirkət tərəfindən biznesin inkişafında strateji hədəflər nəzərə alınmaqla, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ənənələrinin yaradılması məqsədi daşıyır. Kredit vəsaitinin Şirkətin ümumi korporativ məqsədləri üçün, o cümlədən müştəri portfelinin genişləndirilməsində, gəlir mənbələrinin diversifikasiyasında və sığorta xidmətlərinin təkmilləşdirilməsində istifadə olunması nəzərdə tutulub. Müqaviləyə əsasən, kredit vəsaiti ING BANK N.V. bankının Amsterdam (Niderland Krallığı) ofisi tərəfindən “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə 370 gün müddətinə verilir. Müqavilədə kredit müddətinin artırılması da nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, ING BANK N.V. bankının daxil olduğu İNG Group 2013-cü ilin yekunlarına görə Avropanın 10, dünyanın isə 30 iri maliyyə strukturu sırasında olmaqla 1,5 trilyon dollardan artıq aktivlərə malikdir.
Dünyanın belə bir nüfuzlu maliyyə institutunun Azərbaycanının sığorta şirkətinə kredit ayırması, Respublikamızın iqtisadiyyatının inkişafının nəticəsi olmaqla, onun stabil ölkə və etibarlı tərəfdaş kimi Dünyada artan nüfuzunun göstəricisidir.
Hazırda Beynəlxalq Sığorta Şirkəti beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq istiqamətində işləri davam etdirərək bir sıra yeni layihələr üzərində də işləyir.
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda həm fiziki, həm də hüquqi şəxslərə 32 sığorta növü üzrə xıdmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 14.800.000 manat təşkil edir.
AGENTİ ÇAĞIR
Sığorta agentini çağırmaq üçün bu formanı doldurub, siz yeni sığorta müqaviləni qeydiyyat etmək və ya mövcüd müqaviləni uzada bilərsiniz.formanın bütün sahələri zəruridir.
Şikayət forması
Təklif forması