03.10.2013
Beynəlxalq Sığorta Şirkəti beynəlxalq mükafata layiq görülüb
Azərbaycanın «Beynəlxalq Sığorta Şirkəti» ASC Böyük Britaniyanın nüfuzlu maliyyə nəşri olan «International Finance Magazine» (IFM) jurnalının 2013-cü ilin «Ən yaxşı sığorta şirkəti» nominasiyasının qalibi olub. «APA-Economics»in xəbər verdiyi kimi, mükafat dünya ölkələri üzrə iqtisadiyyatın maliyyə-bank sektorunda fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunur.
Şirkətin İdarə Heyətinin sədri M.Məmmədov bildirib ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda bu mükafatı alan ilk sığorta təşkilatıdır. Bildirilir ki, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsinin nəticəsidir.
Qeyd edək ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş Beynəlxalq Sığorta Şirkəti hazırda həm fiziki, həm də hüquqi şəxslərə 33 sığorta növü üzrə xidmətlər göstərir.
AGENTİ ÇAĞIR
Sığorta agentini çağırmaq üçün bu formanı doldurub, siz yeni sığorta müqaviləni qeydiyyat etmək və ya mövcüd müqaviləni uzada bilərsiniz.formanın bütün sahələri zəruridir.
Şikayət forması
Təklif forması